backend

Siyəzəndə ağır yol qəzası - 6 yaralı

Gecə saatlarında Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Siyəzən-Qalaaltı yolunda iki minik avtomobilinin toqquşması nəticəsində 1-i uşaq olmaqla 6 nəfər ağır bədən xəsarəti alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Xəstəxanadan Konkret.az-a verilən məlumata görə, onların 3-nün vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*