Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, rayonun Zarat kəndində 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb.
İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
