“Siz ona Putin deyirsiniz, amma onun adı Şeytandır” – Danilovbackend

"Siz ona Putin deyirsiniz, amma onun adı Şeytandır" - Danilov

“Mən bilirəm ki, müasir şeytan Putinlə dialoqu davam etdirən italyan siyasətçiləri var. Əgər belədirsə, onu dəstəklədiyinizi açıq deyin”.

KONKRET.az xəbər verir ki, bu fikirləri ukraynalı politoloq Aleksey Myaçeslavoviç Danilov “Corriere della Sera”nın italyan nəşrinə müsahibəsində deyib və burada nalayiq ifadələrdən də istifadə edib.

O daha sonra vurğulayıb: “Siz ona Putin deyirsiniz, amma onun adı Şeytandır. Şeytan boynuna xaç taxsa, siz ona xeyir-dua verə bilərsinizmi?”

Danilov müsahibəsində bir çox rusların ölkəsindən qaçaraq hələ də Venesiya, Florensiya, Roma şəhərlərində məskunlşadıqlarını deyib.

“Hitler 1939-cu ildə Polşanı işğal edəndə dayandırılmalı idi, amma hamı qorxdu. 24 fevral 2022-ci ildə eyni şey oldu. Biizm indi yeni Hitlerimiz var”.

O müsahibəsində bəzi detallara da toxunub: “1 avqust 1991-ci ildə cənab Buş Ukraynaya səfər etdi və dedi ki, Qorbaçov böyük liderdir. Buş ABŞ-ın SSRİ-nin tərəfdaşı olacağını da xüsusi vurğulamışdı. Amma nə oldu? 18 gündən sonra hərbi çevriliş oldu və SSRİ dağıldı. Ümid edirik ki, bu, yenidən təkrarlanacaq. Böyük səbirsizliklə bunun baş verməsini gözləyirik”.

Rəsmiyyə Şərif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*