ABŞ Prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində Azərbaycan–Ermənistan münasibətlərinə toxunub.
KONKRET.az xəbər verir ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb.
“Burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”, – Ağ Ev rəhbəri vurğulayıb.
