Slutskidən təklif: “Putini təhqir edən həbs edilməlidir”backend

Slutskidən təklif: "Putini təhqir edən həbs edilməlidir"

Rusiya prezidentini təhqirə görə cəzalar ağırlaşdırılmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Belçikada hakimiyyət nümayəndəsini təhqir etməyə görə 2 ildən 3 ilə kimi, Danimarkada 3 ildən 4 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur:

“Bizdə də prezidenti təhqir edənlərə qarşı cəzanı sərtləşdirmək lazımdır. Prezident ölkəni, hamımızı qoruyur”, – Slutski bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini qatil adlandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*