Sobyanin dövlət sirrini yaymaqda ittiham olunurbackend

Sobyanin dövlət sirrini yaymaqda ittiham olunur

Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin Moskva meri Sergey Sobyanindən dövlət sirrini yaymqda şübhələnir.

KONKRET.az xəbər verir ki, o, FSB-yə müraciət edərək Sobyanini yoxlamağı xahiş edib.

Söhbət bu yaxınlarda Nekrasovkada – yaşayış binalarının düz yanında hay-küylə açılan raket zavodundan gedir. Tədbirdə Moskva meri Sergey Sobyanin, Müdafiə naziri Sergey Şoyqu və  sənaye və ticarət naziri Denis Manturov iştirak edib.

“Sobyanin zavodu açıq şəkildə vurğulamaqla onu hərbi hədəfə çevirib və biz Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum cəhdlərini xatırlayırıq. İndi pilotsuz təyyarələr Rudnevo sənaye zonasını hədəf ala bilər. Bu zaman mümkün qurbanların sayını hesablamaq mümkün deyil”, – deyə deputat bildirib.

Burhan,

KONKRET.az

  • Alesker
    Oktyabr 23, 2023 - 12:35

    Ay xəstə urus. Bir açlışdaki nazirlər, merlər iştirak edir, onlar ora dəvət edilir bunun nəyi dövlət sirridir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*