ŞOK: Amerikada alimlər heç bir iz olmadan ölür və yoxa çıxır – SƏBƏBbackend

ŞOK: Amerikada alimlər heç bir iz olmadan ölür və yoxa çıxır - SƏBƏB

ABŞ-da bir sıra alimlərin müəmmalı şəkildə həyatını itirməsi və ya yoxa çıxması ictimaiyyətdə ciddi narahatlıq yaradıb. 48 yaşlı Stiven Qarsiyanın Albukerkedəki evindən silahla çıxarkən görüldüyü bildirilib. Hadisələr arasında hər hansı birbaşa əlaqə hələlik müəyyən edilməsə də, məlumdur ki, bu şəxslərin hamısı məxfi sənədlərlə işləyən mütəxəssislər olub.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan ufoloq və fizik Stiven Qrir bildirib ki, məsələ son dərəcə ciddidir:

“Bu, bəlkə də Ceyms Bond filmi kimi səslənə bilər, amma bu zarafat deyil. Söhbət yüksək ixtisaslı, məxfi tədqiqatlar aparan mütəxəssislərdən gedir və ABŞ hökuməti onların təhlükəsizliyini təmin etməyib.”

ABŞ Konqresində də bu məsələ ilə bağlı sərt tənqidlər səsləndirilib. Tennessi ştatından olan respublikaçı konqresmen Tim Barçett hökumətə etimad göstərmədiyini deyərək bildirib ki, bu hadisələr müstəqil şəkildə araşdırılmalıdır.

Uzun illərdir ABŞ hakimiyyət orqanları naməlum uçan obyektlər (NLO) və izah olunmayan hadisələrlə bağlı məlumatları gizlətməkdə ittiham olunur. Bu fon da baş verən hadisələrə marağı daha da artırır.

Artan təzyiqlərdən sonra Ağ Ev məsələyə diqqət ayırıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, araşdırmanı şəxsən nəzarətə götürəcək: “Bu hadisələr ayrı-ayrı hallar ola bilər. Yaxın bir neçə həftə ərzində bütün həqiqətləri biləcəyik.”

Eyni zamanda NASA və Milli Nüvə Təhlükəsizliyi Administrasiyası da öz daxili araşdırmalarına başladıqlarını açıqlayıb. Qeyd olunur ki, həyatını itirən və ya itkin düşən şəxslərin bir çoxu bu qurumların müxtəlif laboratoriyalarında çalışırdı və onların fəaliyyəti yüksək əhəmiyyət daşıyırdı.

İctimaiyyət isə hadisələrin tezliklə aydınlaşdırılmasını gözləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*