ŞOK: Ermənilər Zəngəzurda bomba sığınacaqları hazırlayır – “Hraparak”backend

ŞOK: Ermənilər Zəngəzurda bomba sığınacaqları hazırlayır - “Hraparak”

Zəngəzur bölgəsində “Fəlakət risklərinin idarə edilməsi” proqramları həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Sirr deyil ki, müharibədən sonra Sünik (Zəngəzur – red.) bölgəsi beynəlxalq strukturların və rəsmilərin diqqət mərkəzində olub. Bir ilə yaxındır ki, regiona müxtəlif ranqlı rəsmilər, səfirlər, son vaxtlar isə BMT, UNİCEF, Aİ-nin nümayəndələri səfər edirlər. Regionda “Fəlakət risklərinin idarə edilməsi” mövzusunda proqramlar həyata keçirilir.

Zəngəzurdakı rəsmi mənbənin bildirdiyinə görə, bu strukturlar və onların tərəfdaşları olan erməni ictimai təşkilatları bir-birlərinə növbə vermədən müxtəlif icmalarda fasiləsiz kurslar keçir. Əsasən əhalinin evakuasiyası planları, bomba sığınacaqlarının, mənzil fondunun təşkili və digər məsələlər müzakirə olunur.

Bu aktivlik Zəngəzur sakinləri arasında narahatlıq və şübhələr oyadıb. Yeni fəlakətdən, xüsusən də Qarabağın son təslimindən əvvəl beynəlxalq ictimaiyyət Zəngəzuru hazırlayır ki, region qaçqınları qəbul edə bilsin.

Ən optimist adamlar inanmaq istəyirlər ki, bu hazırlıq Qarabağla deyil, İranla bağlıdır. Qarşıdan gələn geosiyasi gərginliklər nəticəsində Zəngəzur iranlı qaçqınları qəbul edə bilər”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*