ŞOK: Ermənistan bu məqamı gözləyir – Dərhal hücuma keçəcək və ərazi iddiasına başlayacaqbackend

ŞOK: Ermənistan bu məqamı gözləyir - Dərhal hücuma keçəcək və ərazi iddiasına başlayacaq

Cənubi Qafqazda yeni nəqliyyat marşrutlarının açılması ilə bağlı danışıqlar regionun siyasi və iqtisadi dinamikasına təsir göstərə bilər. Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiyaların bərpası məsələsi təkcə iqtisadi qazanc deyil, həm də geosiyasi güc balansında dəyişiklik potensialı daşıyır. Bəs bu proses hansı ölkənin maraqlarına daha çox xidmət edəcək, regional güc nisbətini necə dəyişəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, regionda kommunikasiya xətlərinin bərpası hər iki ölkəyə – həm Azərbaycana, həm də Ermənistana qazanc gətirəcək.

Ölümlə hədələnən Tural Abbaslı ilə bağlı DİN araşdırmaya başlayıb -  Globalinfo.az

Onun sözlərinə görə, bu addım həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətlidir:

“Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması hər iki tərəfi gücləndirəcək. Çünki Çin və Avropa arasında yerləşən bu regiondan malların ixracı və ya idxalı daha qısa yoldan həyata keçiriləcək. Bu da əlavə xərcləri azaldacaq, qiymət səmərəliliyi yaradacaq və gəlir gətirəcək.”

Ağ Partiya sədrinin fikrincə, bu proses Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

“Azərbaycanın mövqeyi burada daha üstün olacaq, geosiyasi nüfuzu artacaq. Amma eyni zamanda, Ermənistan da müəyyən dərəcədə güclənəcək və iqtisadi baxımdan gəlir əldə edəcək. Hazırda Ermənistan dalan dövlət sayılır, lakin kommunikasiya xətlərinin açılması onun vəziyyətini də qismən yaxşılaşdıra bilər.”

Tural Abbaslı qeyd edib ki, bu dəyişikliklər siyasi planda fərqli nəticələr doğura bilər və münasibətlərin tam normallaşması üçün zaman lazımdır:

“Biz Ermənistanla münasibətlərin birdən-birə hər sahədə yaxşılaşdırılmasının tərəfdarı deyilik. Çünki Ermənistan bir qədər nəfəs alan və güclənən kimi, dərhal regionda vəziyyəti gərginləşdirməyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlayır. Bu, anormal dövlət davranışıdır.”

Siyasətçi hesab edir ki, kommunikasiya layihələri iqtisadi baxımdan hər iki tərəfə faydalı olsa da, siyasi etimadın formalaşması uzunmüddətli proses olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*