ŞOK İDDİA: Görəsən, bunlardan hansı əsl Putindir? – FOTObackend

ŞOK İDDİA: Görəsən, bunlardan hansı əsl Putindir? - FOTO

Rusiya prezidentinin Mariupol səfərindən fotoları paylaşan Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko görüntülərdəki şəxsin Vladimir Putinin dublyoru olduğunu iddia edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin gərgin təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra ilk dəfə münaqişənin ən şiddətli nöqtəsi olan Mariupola gedib. Yerli hökumət və bölgə əhalisi ilə təmasda olan Putinin foto və videoları geniş müzakirələrə yol açıb. Belə ki, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial media hesabında Putinin bəzi fotolarını yayımlayaraq onun şəxsən Mariupola getmədiyini, əksinə Kreml rəhbərinin dublyorlarının bölgəyə göndərildiyini iddia edib.

Putinin müxtəlif vaxtlarda çəkilmiş şəkillərini paylaşan ukraynalı siyasətçi Kreml rəhbərinin çənə və boyun bölgəsindəki fərqi xüsusilə vurğulayıb: “Putin, sənin çənənə nə olub?. Son zamanlar vizajistlər Putinin keyfiyyətsiz surətləri ilə işləməyə məcbur olublar. Bu, tam olaraq ona bənzəmir. Görəsən, bunlardan hansı əsl Putindir”, – deyib.

Digər tərəfdən, Telegram sosial media platformasına yazan bir mənbə Putinin Krıma və Mariupola getməsi ilə bağlı xəbərin Kremldən inkar edildiyini deyib. Lakin Kreml bu iddialara münasibət bildirməyib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*