ŞOK MƏLUMAT: İranın atdığı raketlərdən biri təsadüfən təyyarəni vurubbackend

ŞOK MƏLUMAT: İranın atdığı raketlərdən biri təsadüfən təyyarəni vurub

Ərəb mediasında Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın atdığı rakət zərbəsi nəticəsində qəzaya uğraması barədə məlumat yayılıb.

KONKRET.AZ xəbər verir ki, xüsusilə İordaniyanın “Əl-Adat” qəzeti ABŞ-ın İraqdakı hərbi bazalarına İranın hücumu zamanı raketlərdən birinin təyyarəyə düşə biləcəyini bildirib.

Nəşr qeyd edib ki, Ukraynadan uçan “Boeing 737” sərnişin təyyarəsinin Tehrandakı hava limanına enmə anı İranın ABŞ-a qarşı başlatdığı raket hücumları ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Qəza nəticəsində sağ qalan olmayıb.

Day.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*