ŞOK! Qadın xəyanətə görə ərini pəncərədən atdı – VİDEObackend

ŞOK! Qadın xəyanətə görə ərini pəncərədən atdı - VİDEO

Türkiyənin Osmanqazi şəhərində 33 yaşlı Güleser K.-nin həyat yoldaşı Yüçel U.-nu ikinci mərtəbədəki mənzillərinin pəncərəsindən aşağı itələyib.

KONKRET.az Hürriyət-ə istinadən xəbər verir ki, buna səbəb xəyanət şübhəsi olub.

Bildirilir ki, şiddətli mübahisədən sonra ərini xəyanətdə ittiham edən Güleser K. onu pəncərədən itələyib. Hündürlükdən yıxılan Yuçel U. qonşulardan kömək istəyib. Güleser K. əlində bıçaqla yerdə uzanmış ərinə yaxınlaşaraq yenidən onunla mübahisəyə davam edib.

“Xəyanətin qiyməti budur, kişi olun, arvadlarınıza yaxşı baxın”, – Güleser K. bildirib.

Qeyd edək ki, Güleser K. ifadəsində ərinin özünü pəncərədən atdığını, Yüçel U. isə həyat yoldaşının onu itələdiyini iddia edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*