Solovyov NATO-nu Üçüncü Dünya Müharibəsi ilə HƏDƏLƏDİ – VİDEObackend

Solovyov NATO-nu Üçüncü Dünya Müharibəsi ilə HƏDƏLƏDİ - VİDEO

Kremlin ruporu Solovyov Qərbin “qeyri-dost hərəkətləri” ucbatından növbəti dəfə hədə-qorxu gəlib.

KONKRET.az xəbər verir ki, o, bu barədə federal kanalın efirində bildirib. Rusiyalı aparıcı Vladimir Solovyov yenidən dünyanı müharibə ilə hədələyib. Onun sözlərinə görə, III Dünya Müharibəsi başlamaq üzrədir.

Əvvəlcə dəvət olunmuş “ekspertləri” tənqid edən Solovyov onların proqnozlarında həmişə yanıldıqlarını bildirib.

Onun fikrincə, Qərb ölkələrinin Rusiya Federasiyasına münasibətdə “davranışları” Üçüncü Dünya Müharibəsinə təhrik edir.

“Qərbdə qərarların deqradasiya səviyyəsi artıq narahatlıq doğurur. Bu, əllərinə sancaq alıb “rozetka”da nə olduğunu anlamağa çalışan uşaqları xatırladır. Onlar partlayacaqlar, həm də çox”, – Solovyov deyib.

Onun sözlərinə görə, artıq geri sayım yoxdur.

“Siz həqiqətən başa düşmürsünüz ki, biz artıq Üçüncü Dünya Müharibəsindən bir neçə saniyə də olsa, uzaqda deyilik, çünki saniyələr artıq bitib”, – Solovyov hədələyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*