“Bütün hərbi əsirlər Ermənistana qaytarılıb, qalanlarının məsələsi də müzakirə olunur”.
KONKRET.az xəbər verir ki, bu barədə İrəvana səfər edən azərbaycanlı deputat Soltan Məmmədov Avronest Parlament Assambleyasının iclasında bildirib.
Soltan Məmmədov əvvəlcə Ermənistandan olan həmkarlarıma qonaqpərvərliyə və isti münasibətlərə görə təşəkkür edib.
Deputat Soltan Məmmədov əmindir ki, onların Ermənistana səfəri iki ölkə arasında münasibətlərin qurulması üçün yaxşı əlamətdir.
“Ümid edirik ki, ölkənizlə isti münasibətlərimiz davam edəcək. Saxlanılanlara və mədəni irs məsələlərinə gəlincə, demək istəyirəm ki, müharibədən sonra bütün hərbi əsirlər və saxlanılanlar Ermənistana qaytarılıb. İndi müharibədən sonra saxlanılan digər şəxslərin məsələsi müzakirə olunur”, – deyə Məmmədov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
