Somali prezidentinin rəsmi qarşılanma mərasimi oldu – FOTOLARbackend

Somali prezidentinin rəsmi qarşılanma mərasimi oldu – FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.

Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO  Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO  Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO  Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO  Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO  Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*