Son 10 ildə dünyada öldürülən jurnalistlərin sayı AÇIQLANDIbackend

Son 10 ildə dünyada öldürülən jurnalistlərin sayı AÇIQLANDI

“Son on ildə dünyada 1300-dən çox jurnalist öldürülüb”.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib:

“Jurnalistlərin təhlükəsizliyi xüsusi narahatlıq doğurur. Fikrimcə, son on ildə 1300-dən çox  jurnalist öldürülüb”.

YUNESKO-nun araşdırmasına görə, 2022-ci ildə 86, 2021-ci ildə isə 55 jurnalist öldürülüb.

Qeyd olunub ki, ötən il bu say üç illik azalmadan sonra ilk dəfə artmağa başlayıb.

Araşdırmada bildirilib ki, 2022-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr Meksika (19 jurnalist öldürülüb), Ukrayna (10) və Haiti (9) olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*