Ölkədə tətbiq olunan epidemoloji və fövqəladə vəziyyət Ermənistan vətəndaşlarının gəlirlərinə əsaslı şəkildə təsir edib.
KONKRET.az xəbər verir ki, “Sputnik Armenia” portalının İrəvan sakinləri arasında apardığı sorğuda maraqlı məqamlar ortaya çıxıb.
Sorğu iştirakçılarının əksəriyyəti vəziyyətin heç də ürəkaçan olmadığını söyləyiblər. Məsələn, respondentlərdən biri bu günlərdə işini itirdiyini deyib. Yeni iş axtarışı isə hələ ki, nəticəsiz qalıb. Başqa bir sorğu iştirakçısı isə deyib ki, valideynlərindən biri günəmuzd işləyir. Amma onun qazancı ailə büdcəsinin ehtiyaclarını ödəmir. Ona görə də valideynlərinə kömək üçün iş axtarışına çıxıb. Başqa bir respondent isə son bir neçə ayda vətəndaşların maddi rifah halının pisləşdiyini vurğulayıb.
Sorğu iştirakçılarının demək olar ki, hamısı “Bu yaxınlarda böyük həcmdə alqı-satqı etmisinizmi?, – sualı qarşısında təəccüblə çiyinlərini çəkiblər.
