Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə vəziyyətin gərginləşəcəyi təqdirdə Yunanıstana hər an zərbə endirmək imkanının olduğunu xatırladıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan Afinanın Türkiyənin qətiyyətindən xəbərdar olduğunu diqqətə çatdırıb:
“Afina Türkiyənin qətiyyətindən xəbərdardır və buna görə də artıq regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlar atmır”, – deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan əlavə edib ki, Ankara Yunanıstandan gələn təxribatlar mövzusunu NATO səviyyəsinə çıxarıb və bundan sonra Afinada Türkiyə ilə münasibətlərdəki gələcək addımları təhlil edəcəklər:
“Əks halda, əvvəllər dediyim kimi, hər an zərbə endirilə bilər”, – Türkiyə prezidenti fikirlərini tamamlayıb.
Qeyd edək ki, daha öncə Ərdoğan Yunanıstan hakimiyyətini “tarixdən dərs almağa” və “təxribatları dayandırmağa” çağırıb. Əks halda Afina “ağır bədəl ödəyəcək” deyə xəbərdarlıq edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
