Paşinyanın hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüşü başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə deputat Ovik Aqazaryan məlumat verib.
O, bildirib ki, görüş üç saatdan çox davam edib.
“Nikol Paşinyan Soçi və Tehranda keçirdiyi görüşlər barədə məlumat verib, deputatların suallarını cavablandırıb. Yekun nəticələrdən danışmaq hələ tezdir. Bu görüşdə sülh müqaviləsi müzakirə olunmayıb”, – deyə Aqazaryan bildirib.
20:27
Nikol Paşinyan hakim partiyanın fraksiya üzvləri ilə qapalı görüş keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ermənistan Milli Assambleyasında baş nazir Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının üzvlərini bir araya toplayıb. Görüş qapalı keçirilir.
Günel Mikayılova,
KONKRET.az
