SON DƏQİQƏ – Rəhman Rəhmanov əməliyyat olundubackend

SON DƏQİQƏ - Rəhman Rəhmanov əməliyyat olundu

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

KONKRET.az Yenicag.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub: “Həkimlər əməliyyatın uğurla keçdiyini deyir”.

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib: “Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

Qeyd edək ki, aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.

Cəvahir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*