SON DƏQİQƏ: “Rusiyaya qarşı total müharibə elan olunub” – Ryabkovbackend

SON DƏQİQƏ: “Rusiyaya qarşı total müharibə elan olunub” - Ryabkov

“Rusiyaya qarşı total müharibə elan olunub”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Rusiyaya qarşı total müharibə elan edildiyini və bunun bütün sahələrdə aparıldığını diqqətə çatdırıb.

Ryabkovun fikrincə indiki dövrün ciddiliyini göz ardı etmək olmaz:

“Bizə həqiqətən total müharibə elan edilib. Hibrid formalarda və bütün sahələrdə aparılır. Bizim opponentlərimizin, düşmənlərimizin qəzəbinin dərəcəsi çox böyükdür”, – diplomat bildirib.

Qeyd edək ki daha əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dondurmaq qərarına gəldiklərini açıqlayıb.

ABŞ Konqresinin senatorları Riçard Blumental və Lindsi Qrem isə Ağ Evi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*