Son sutkada 531 nəfər koronavirusa yoluxdu – FOTObackend

Son sutkada 531 nəfər koronavirusa yoluxdu - FOTO

Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə KONKRET.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.

Ölkədə indiyədək 799 471 nəfər koronavirusa yoluxub. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*