SOS: “Qeyri-qanuni kolbasa istehsal edən 20-yə yaxın sex var ki, AQTA nəzarət edə bilmir”backend

SOS: "Qeyri-qanuni kolbasa istehsal edən 20-yə yaxın sex var ki, AQTA nəzarət edə bilmir"

AQTA-nın kolbasa və sosiska məhsullarında apardığı yoxlamalarının nəticəsi heç də ürəkaçan olmayıb. Belə ki, məhsulların bəziləri “halal” adı ilə satışa çıxarılsa da, onların tərkibində donuz əti aşkarlanıb. Bəzi şirkətlərin istehsal etdiyi kolbasa və sosikaların tərkibində isə mal əti əvəzinə toyuq əti müəyyən edilib. Bir sözlə, istehlakçıların aldadılması və ziyanlı məhsullarla təmin olunması prosesi hələ də davam edir. Bəs görəsən, insanları aldadan bu cür şirkətlərə qarşı təkcə reydlərin aparılması kifayət edirmi? Ümumiyyətlə ölkəmizdə kolbasa və sosiska istehsalı hansı səviyyədədir? 

Mövzunu KONKRET.az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, kolbasa və sosiska məhsulları bazarın ən çox çirklənən hissəsini təşkil edir: “Buna baxmayaraq ölkədə normal kolbasa və sosiska istehsal edən müəssisələr də mövcuddur. Xüsusən xaricdən gətirilən bu kimi məhsulların tərkibində çox böyük problemlər aşkarlanır. Yəni tərkibində heç ət olmayan mallar Rusiya və digər ölkələrdən Azərbaycana idxal edilir. Apardığımız tədqiqatlara görə, yerli istehsalçılar mal əvəzinə camış ətindən istifadə edirlər. Ona görə də, AQTA kolbasaların tərkibində mal əti müəyyən edə bilməyib. Amma istehsalçı mütləq kolbasanın üzərində camış əti olduğunu qeyd etməlidir. Sadəcə mal və camış əti eyni sinifə aid olduğundan istehsalçılar kolbasa və sosiskaların üzərinə “mal əti” sözünü yazırlar”.

Oxu.az - Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin  hüququnun pozulmasıdır” - VİDEO

Ekspert əlavə edib ki, üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir: “Ümumiyyətlə, halal sertifikatı ilə bağlı illərdir problemlər yaşanır. İstehlakçıların aldadılması prosesi baş verir. Ona görə də, aidiyyatı qurumların bu kimi reydlər keçirməsini yüksək qiymətləndirirəm. Düşünürəm ki, 8-ci kilometr bazarında kiloqramı 2-3 manata satılan kolbasaların tərkibi də mütləq araşdırmalıdır. Qeyri-qanuni kolbasa istehsal edən 20-yə yaxın sex var ki, AQTA bunlara nəzarət edə bilmir. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət güclü olmalı, əhali belə sexlər barədə AQTA-ya məlumat verməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*