“Sosial şəbəkələrdəki kontingentləri elə özlərinə oxşayır” – ETİRAZbackend

“Sosial şəbəkələrdəki kontingentləri elə özlərinə oxşayır” - ETİRAZ

“Sosial şəbəkələrin o qədər də günahı yoxdur. Problem elə bizim “influencer”lərdədir. Kitabxanaya gedən insanlarla, gecə barlarındakı insanların maraqları eyni ola bilməz. Təəssüf ki, “TikTok”, “Facebook” və ya digər sosial şəbəkələrdə kütləsi olan “influenser”lərin bir neçəsi istisna olmaqla, əksəriyyətinin məqsədi intellektual cəmiyyət yaratmaq deyil. Onların məqsədi qeyri-etik münasibət sərgiləyən, söyüşcül və zəif düşüncəli kütləni toplamaqdır. Qeyri-etik üsluba müraciət edən “influenser”lərin sosial şəbəkələrdəki kontingenti elə özlərinə bənzəyən insanlar olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O bildirib ki, cəmiyyət bunları qınamaq əvəzinə, bu kimi hallara maraq göstərir və dəstək nümayiş etdirir:

“Cavab sadədir, bazara bu lazımdır. Marketoloqlar da təsdiqləyir ki, piar edilərkən düşünə bilən insanlar hədəf seçilmir. Əksinə küyə gedən, düşünə bilməyən kütlə hədəfdə olur. Ona görə də belə kütləni formalaşdıran insanlara dəstək verilir”.

Elvin Abbasov elmi-kütləvi icmal hazırlayanlara nə qədər dəstək verildiyinə də aydınlıq gətirib:

“Açıq deyəcəm, sürünürlər, iş dilənirlər. Niyə Azərbaycanda “Evrim Ağacı” və ya Barış Özcan və s. kimi bu qəbildən icmal yaradan insanlar formalaşmır və ya populyarlaşmır?!

Təbii ki, populyarlaşa bilməyəcəklər, orada düşünən intellektual savadlı insanlar var və ona görə də onlar heç kəsə lazım deyil. Çünki orada qeyri-etik üslüb, cılız düşüncə, söyüş və qərəz yoxdur. İntellektual insanlar var, onlar isə heç kəsə lazım deyil. Belə olan halda təbii ki, bu kateqoriyadan olanlar digərləri kimi populyarlaşmayacaq və üzə çıxmayacaq. Azərbaycanda 1-2 nəfər istisna olmaqla, çox kütləsi olan tiktokerlər, youtuberlər, tanınmış “ictimai şəxslər” ümumən desək, “influencer”lər intellektual cəmiyyət yaratmaq məqsədi ilə fəaliyyət göstərmir. Bazarda heç buna tələb də yoxdur, ac qalarlar. Bu yazdıqlarım özünü “müxalif” adlandırıb, xaricdən maliyələşib, orada faəliyyət göstərənlərə də aiddir. İstər burada, istər xaricdə eyni kütləyə, eyni xarakteriskalara malik fərqli məqsədli insanlardır. Səbəb isə maddi maraqlardır, heç bir əlavə dəyərdən və faydalılıqdan söhbət gedə bilməz. Bu tip insanlarda sağlam mövqə və əqidə görə bilməzsiniz, külək hara əssə… Öz kütlələrini davamlı manipulyasiya edərək öz məqsədləri uğrundu güdaza verərlər.

Ümid edək ki, gələcəkdə həqiqətən istedadlı, ədalətli insanların, xüsusən də gənclərin önü açılacaq və onlar cəmiyyətə dəyər qatacaq, cəmiyyət isə onlara dəstək verəcək”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*