“Sovetski” sakinləri etiraz aksiyası keçiriblər – VİDEObackend

“Sovetski” sakinləri etiraz aksiyası keçiriblər - VİDEO

Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisinin sakinləri bu gün etiraz aksiyası keçiriblər.

KONKRET.AZ xəbər verir ki, köçürmə işləri aparılan sözügedən ərazinin sakinləri onlara bazar qiymətinə uyğun kompensasiyanın verilməsini tələb edirlər.

Məlumata görə, 20-ə yaxın ailənin yaşadığı ərazidə 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır.

Sakinlər evin hər kvadratmetrinə 1500 manat məbləğində təzminatın ödənilməsinə qarşıdırlar. Onlar bu vəsaitlə mənzil ala bilməyəcəyini deyirlər.

Bu gün söküntü işlərinə başlanılıb. Söküntü işləri Bakı Şəhəri İcra Hakimiyyətinin məsul əməkdaşı Zülfəli İsmayılovun rəhbərliyi ilə aparılır. Sakinlər söküntü işlərinə etiraz olaraq ABŞ-ın və Fransanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd ediblər.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*