Şoyqu Zaporojyeyə getdi – VİDEObackend

Şoyqu Zaporojyeyə getdi – VİDEO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vostok” qruplaşmasının Zaporojye istiqamətindəki birləşmələrindən birinin irəli komanda məntəqəsinə baxış keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Xüsusi hərbi əməliyyat zonasında iş zamanı müdafiə naziri ordu generalı Sergey Şoyqu Zaporojye istiqamətində “Vostok” qoşun qruplaşmasının birləşmələrindən birinin irəli komanda məntəqəsinə baxış keçirib”, – məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Şoyqu “Vostok” qrupunun komandiri və qərargah zabitlərinin hesabatlarını dinləyib. Onlar mövcud vəziyyət, düşmənin hərəkətlərinin mahiyyəti və əsas taktiki rayonlarda rus qoşunlarının döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzə ediblər.

Qeyd edək ki, Zaporojye vilayəti faktiki olaraq Ukrayna ərazisində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*