Məlum olduğu kimi, bir neçə müddətdir “Space” Teleradio Şirkətinə yeni rəhbər təyin edilib. “Bakılı oğlanlar ” KVN komandasının aktyoru Vado Korovin kanalın yeni direktoru kimi verilişlərin formatını dəyişmək qərarı verib.
KONKRET.az xəbər verir ki, kanalda əsasən yumoristik proqramlara üstünlük veriləcək, informasiya tərkibli və maarifləndirici verilişlərin yayımı dayandırılacaq. Artıq bu səbəbdən bir neçə aparıcının kanaldakı işindən ayrıldığı da bildirilir.
Space TV-nin daha hansı ciddi proqramlarının yayımını dayandıracağı təbii ki, böyük maraq doğurur. Tanınmış aparıcı-jurnalist Elçin Əlibəylinin “Elin gözü” maarifləndirici verilişi də ixtisara düşə bilərmi?
KONKRET.az məsələ ilə əlaqədar Elçin Əlibəyli ilə əlaqə saxlayıb. Aparıcı suala cavab olaraq deyib ki, bununla bağlı tezliklə geniş açıqlama veriləcək. Görünən odur ki, kanal rəhbərliyi “Elin gözü” verilişi və aparıcısı barədə də ciddi qərar verəcək.
Sevinc Paşayeva,
KONKRET.az
