KTMT-nin baş katibi Stanislav Zas Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanla görüşməyib, çünki o, həmin vaxt BMT Baş Assambleyasında olub.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti-yə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
“Bundan əvvəl KTMT missiyası təşkilatın sentyabrın 13-də keçirilən növbədənkənar iclasının qərarına əsasən Ermənistana gəlib. Missiya Ermənistan liderləri ilə bir sıra görüşlər keçirib və Azərbaycanla sərhədə baş çəkib” – deyə mətbuat katibi əlavə edib.
Günel Mikayılova,
KONKRET.az