Stansiyalardan transformator oğurlandıbackend

Stansiyalardan transformator oğurlandı

Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*