“Statuslarımı mənim adımdan o paylaşır” – Tramp AÇIQLADIbackend

"Statuslarımı mənim adımdan o paylaşır" - Tramp AÇIQLADI

 Donald Tramp tvitterdəki paylaşımları ilə bağlı açıqlama verib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri açıqlamasında statuslarının kim tərəfindən paylaşılması məsələsinə aydınlıq gətirib.

“Full Measure” teleproqramının qonağı olan Tramp bildirib ki, o, səhər və gecə saatlarında evdə qısa qeydləri, bəyanatı özü yazır. Gündüz saatlarında isə ona köməkçiləri yardım edir.

“Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir”, deyə Tramp bildirib.

Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*