Stoltenberq: “İsveç və Finlandiyanın NATO-ya üzvlük görüşü ilə bağlı Ərdoğanla razılaşdıq”backend

Stoltenberq: "İsveç və Finlandiyanın NATO-ya üzvlük görüşü ilə bağlı Ərdoğanla razılaşdıq"

Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük görüşü ilə bağlı Ərdoğanla razılaşdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” xəbər verir.

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyə, İsveç və Finlandiya arasında alyansa üzvlüklə əlaqədar görüş barədə məlumat verib.

Finlandiya və İsveç arasında NATO-ya üzvlük görüşü mart ayında baş tutacaq.

“Martın ortalarında Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı prezident Ərdoğanla razılıq əldə olunub”, – deyə təşkilatın baş katibi bildirib.

Məlumdur ki, İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb – bunlar Macarıstan və Türkiyədir. Skandinaviya ərizəsini ratifikasiya etmək üçün Türkiyə ilə danışıqlar gələn ay başlayacaq.

Həmçinin Macarıstan parlamentinin İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsverməsi martın 6-dan 9-dək keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*