Strateji əhəmiyyətə malik Arazdəyər də Azərbaycanın nəzarətinə KEÇƏCƏKbackend

Strateji əhəmiyyətə malik Arazdəyər də Azərbaycanın nəzarətinə KEÇƏCƏK

Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyər (ermənilər “Yerasxavan” deyir) kəndini də Azərbaycanın nəzarətinə verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib.

“Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyər) kəndi Azərbaycana təhvil veriləcəkdir. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır”, – deyə erməni ekspert bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*