İranlı general Qasım Süleymaninin dəfn mərasimində ölənlərin sayı 56 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, Kirman vilayətində keçirilən mərasimdə izdiham yaşanır.
İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib ki, yaralananlar təcili yardım maşınları ilə müalicə mərkəzlərinə çatdırılıblar.
Kulivənd əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.
