“Erməni hakimiyyəti məsuliyyəti başqalarının üzərinə atmağa öyrəşib”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O, “son günlər Qarabağda baş verən hadisələr”lə bağlı hakimiyyət orqanlarını günahlandırıb və “niyə vaxtında tədbirlər görmədiyini” soruşub. Ohanyan rus sülhməramlılarını da tənqid edib.
“Erməni hökuməti Moskva, Rusiya sülhməramlıları və Arsax ilə səmərəli əməkdaşlıq etməli idilər, lakin bunların heç biri edilmədi. Əlbəttə ki, siz hər şeyi sülhməramlıların üzərinə ata bilərsiniz. Amma Ermənistan hakimiyyəti özləri heç nə etməmək üçün məsuliyyəti daim başqalarının üzərinə atırlar”, – deyə Ohanyan bildirib.
Sülhməramlıların sayının artırılması və Qarabağda qalma müddəti məsələsinə Ohanyan cəfəng açıqlama verib.
“Sülhməramlıların sayının artırılması və 3 ildən sonra onların missiyasını davam etdirməsinə gəlincə, müxalifət delimitasiya sazişi çərçivəsində əlavə bənd təklif edib, Orada qeyd olunur ki, sülhməramlı missiyanın davam etdirilməsi iki deyil, bir (indiki halda Ermənistan) tərəfin razılığından asılı olmalıdır”, – deyə Ohanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
