backend

Sumqayıtda "7 Göyərçin" abidəsi ucaldıldı

Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

KONKRET.az-ın verdiyi xəbərə görə, yubiley tədbirləri çərçivəsində şəhərin Sülh prospektində “7 Göyərçin” abidəsi qoyulub. Modern üslubda olan heykəl kompazisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir.

Alova bənzər formada hazırlanmış kompozisiyadakı 7 göyərçin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir.

Abidəni memar Cahid Həsənov hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*