İyulun 1-də Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən KONKRET.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, xəsarət alanlardan 3 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində 5 nəfərin müalicəsi davam etdirilir.
Onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
09:36
Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər – 1985-ci il təvəllüdlü Mirzə Dadaşov, 1969-cu il təvəllüdlü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Mirzə Dadaşov “Toyota Prius” markalı avtomobilin sürücüsüdür.
Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-in xilasediciləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
00:15
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Məlumata görə, “Prius” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində üç nəfər ağır yaralanıb. Yaralılar əraziyə cəlb edilmiş təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
