Sumqayıtda yararsız ət məhv edildi – FOTObackend

Sumqayıtda yararsız ət məhv edildi - FOTO

Daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları vətəndaş Əliyev Taryel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən ”Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçiriblər.

KONKRET.AZ AQTA-dan APA-ya verilən məlumata görə, heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*