Sumqayıtdan Milli Məclisə daha bir müəllim namizəd – Ramal İsmayılovbackend

Sumqayıtdan Milli Məclisə daha bir müəllim namizəd - Ramal İsmayılov

Sumqayıtın nüfuzlu müəllimi Ramal Mahmud oğlu İsmayılovun Milli Məclisə namizədliyi təsdiq edilib.

KONKRET.AZ xəbər verir ki, Ramal İsmayılov namizədliyini 43 saylı 3-cü seçki dairəsindən irəli sürüb.

R.İsmayılov 16 ildir Sumqayıt şəhərində pedaqoji fəaliyyətlə məşğuldur. Şəhər məktəblilərinin ingilis dili fənnindən yüksək hazırlıqlarında ən peşəkar müəllim kimi böyük nüfuza malikdir. R.İsmayılov artıq təsis etdiyi EPİ Akademiyasında ingilis dili fənni ilə yanaşı, gənclərə beynəlxalq imtahanların sirlərini də öyrətmək üzərində iş aparır. O, həmçinin, “İngilis dili” dərsliyinin müəllifidir.

Ramal İsmayılov Milli Məclisə namizədliyini irəli sürməklə təhsil sahəsindəki fəaliyyətini təkcə Sumqayıt şəhərində deyil, bütün ölkə üzrə şaxələndirməyi düşünür. Rus və ingilis dillərini mükəmməl bildiyi üçün parlamentin təhsil və xarici əlaqələr komitələrində təmsil olunmaqla bu sferalarda böyük töhfələr verə biləcəyini hesab edir. Eyni zamanda, bir gənc olaraq dövlət gənclər siyasətinə yüksək dəstək nümayiş etdirməyi düşünür.

Dosye: Ramal Mahmud oğlu İsmayılov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub.

1994-2005-ci illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbində təhsil alıb.

2005-2009-cu illərdə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib.

2015-ci ildə Sumqayıt Dövlət Universitetinin İngilis dili müəllimliyi fakültəsinə qəbul olunub.

2019-cu ildən Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərir.

Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*