Suriyada ABŞ əsgəri SAXLANILDIbackend

Suriyada ABŞ əsgəri SAXLANILDI

Aprel ayında Suriyanın şərqindəki bazada əsgərlərin yaralanması ilə nəticələnən partlayışda şübhəli bilinən bir ABŞ hərbçisi həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Pentaqon şübhəlinin adını və hücumun səbəbini açıqlamaqdan imtina edib. Lakin əsgərin partlayıcı maddələr üzrə mütəxəssis olduğu qeyd edilib.

Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanek bildirib ki, təyyarəçi Suriyadakı missiya səfərindən qayıtdıqdan sonra ABŞ-da saxlanılıb.

İstintaqdakı məlumatları nəzərdən keçirən təyyarənin komandiri onu istintaq təcridxanasına salmaq qərarına gəlib.

Qeyd edək ki, aprelin 7-də Suriyanın Deyr əz-Zor əyalətindəki Yaşıl kənddəki bazaya hücum zamanı 4 ABŞ əsgəri kəllə-beyin travması alıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*