Suriyada partlayış: Ölənlər varbackend

Suriyada partlayış: Ölənlər var

Suriyanın Dera əyalətində terrorçular tərəfindən yerləşdirilmiş minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında mina quraşdırılıb.

“Partlayış nəticəsində 5 nəfər həlak olub, daha 3 nəfər aldığı yaralardan xəstəxanada ölüb”, – deyə Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu agentliyə bildirib. Onun sözlərinə görə, daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*