Suriyalı qaçqınlar Avropaya gedən qayıqda öldübackend

Suriyalı qaçqınlar Avropaya gedən qayıqda öldü

Bu gün İtaliyanın Siciliya adasının Pozzallo limanına gələn miqrant qayığında üçü uşaq olmaqla altı suriyalı qaçqın ölü tapılıb.

KONKRET.az xəbər verir ki, Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İtaliyadakı nümayəndəsi Çiara Kardoletti tviterdə yazıb.

“Onlar susuzluqdan, aclıqdan və ağır yanıqlardan ölüblər. Bu qəbuledilməzdir”, – o qeyd edib.

Təşkilatın açıqlamasında bu il Aralıq dənizində 1200 miqrantın öldüyü bildirilib.

İtaliya Daxili İşlər Nazirliyinin son məlumatına görə, yanvarın 1-dən sentyabrın 9-dək ölkəyə dəniz yolu ilə 62,8 min miqrant gəlib. 2021-ci ilin eyni dövründə bu rəqəm 41 min nəfər təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*