Şuşada 1 ton çətənə kolu məhv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xəlfəli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton olan 2010 ədəd çətənə kolu məhv edilib.
