Şuşadan olan bir qrup jurnalist Şuşaya yola düşdübackend

Şuşadan olan bir qrup jurnalist Şuşaya yola düşdü

Əslən Şuşadan olan bir qrup media nümayəndəsi bu gün Şuşa şəhərinə yola düşüb.

KONKRET.az-ın məlumatına görə, onlar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, digər tarixi yerlərdə olacaqlar.

Şuşaya səfər edən jurnalistlər arasında Nurşən Quliyev, Namiq Mayılov, Nazim Sabiroğlu, şəhid övladları Günel Şahmalıqızı, Bəxtiyar Məmmədov və digərləri var.

Qeyd edək ki, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*