Sverdlovskda təlim mərkəzində səfərbər olan 3 NƏFƏR ÖLDÜbackend

Sverdlovskda təlim mərkəzində səfərbər olan 3 NƏFƏR ÖLDÜ

Sverdlovsk vilayətinin təlim mərkəzində səfərbər olan 3 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Maksim İvanov məlumat verib.

Səfərbər olunanlardan biri ürək tutmasından ölüb, digəri isə intihar edib. Üçüncüsü yararsız hesab olunub, evə göndərilib və dərhal qaraciyər sirrozundan ölüb.

Sverdlovskda hərbi hissənin təlim-tank mərkəzinin yeməkxanasında bir nəfərin intihar etdiyini deputat təsdiqləyib və daha iki nəfərdən haqqında danışıb.

“Bəli, təsdiq edirəm, artıq üç nəfər ölüb. Səfərbər olunanlardan biri ürək tutmasından dünyasını dəyişib, digəri isə intihar edib. Üçüncüsü yararsız sayılıb evə göndərildi və orada çatan kimi qaraciyər sirozundan ölüb”, – İvanov jurnalistlərə deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*