Tacikistan KTMT-nin təlimlərinə qatılmaqdan imtina etdi – Təşkilatda nə baş verir?backend

Tacikistan KTMT-nin təlimlərinə qatılmaqdan imtina etdi – Təşkilatda nə baş verir?

Tacikistan sentyabrın 7-dən Qırğızıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirak etməyəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın müdafiə nazirinin müavini Nurlan Kireşeev məlumat verib. O Tacikistanın təlimlərdə niyə iştirak etmədiyini açıqlamayıb. Eyni zamanda Qırğızıstan ordusunun gələn ay Tacikistanda keçirilməsi planlaşdırılan təlimlərə qatılmayacağını vurğulayıb.

Qeyd edək ki, daha öncə Qırğızıstanın Müdafiə Nazirliyi Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentinin, həmçinin KTMT-nin “Rubej-2021” birgə taktiki təlimlərində iştirak edəcəyini açıqlamışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*