Tacikistanda qar uçqunu: 10 nəfər ÖLDÜbackend

Tacikistanda qar uçqunu: 10 nəfər ÖLDÜ

Tacikistanda qar uçqunları nəticəsində 10 nəfər ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Komitəsi (FHK) məlumat yayıb.

“Düşənbə-Varzob avtomobil yolunun 65,8-ci km-də uçqun nəticəsində 4 avtomobil qarın altında qalıb. Bir sürücü dünyasını dəyişib”, – məlumatda deyilir.

Qeyd edək ki, respublikanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində qar uçqunları nəticəsində 9 nəfər həlak olub. Xoroq şəhərində 22 yaşayış binasına ziyan dəyib. Xilasedicilər uçqun altından 9 nəfəri sağ çıxara biliblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*