Tağı Əhmədov niyə istefa vermir? – ƏTRAFLIbackend

Tağı Əhmədov niyə istefa vermir? - ƏTRAFLI

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhətinin pisləşdiyi barədə məlumat vermişdik. Onurğa-beyin iltihabından əziyyət çəkən T.Əhmədovun ayaqlarının tutulduğunu və əlil arabasına möhtac qaldığını bildirmişdik.

KONKRET.az xəbər verir ki, Yenisabah.az-a keçmiş rəislə bağlı daha bir məlumat daxil olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetindəki (AzMİU) mənbə saytımıza deyib ki, hazırda T.Əhmədov sözügedən ali təhsil ocağındakı Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsində çalışır. Amma səhhətində yaranmış problemlər üzündən 6 aydır ki, işə çıxmır.

AMİU əməkdaşının sözlərinə görə, mövcud qeyri-müəyyənlik universitet rəhbərliyini də narahat edir. T.Əhmədovun işə çıxmaması kafedrada işlərin axsamasına səbəb olub. Buna görə də rəhbərlik iki dəfə T.Əhmədova vəzifəsindən istefa verməyə təklif edib. Amma o, həmişə bu təklifi qulaqardına vurub.

Qeyd edək ki, texnika elmləri namizədi alimlik dərəcəsi olan T.Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.

O, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*