Tahir Kərimli koronavirusa yoluxub? “Özümü gümrah hiss edirəm”backend

Tahir Kərimli koronavirusa yoluxub? "Özümü gümrah hiss edirəm"

“Bu gün Milli Məclisdə “COVİD-19” infeksiyası ilə bağlı testdən keçdim. Cavabı hələ açıqlanmayıb. Hər şey yaxşıdır, özümü gümrah hiss edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli onun koronavirusa yoluxması ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirib:

“Hərə bir söz deyir, yazır… Biz, sadəcə, testdən keçmişik. Bu da normal haldır. Testdən keçmək koronavirusa yoluxma anlamına gəlməməlidir. Qaydalara hər birimiz əməl etməliyik, özümüzü, yaxınlarımızı qorumalıyıq!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*