“Lenin, Xomeyni əxlaqsızlıq edənləri traktorun qabağına verir, hətta güllələyirdi”backend

"Lenin, Xomeyni əxlaqsızlıq edənləri traktorun qabağına verir, hətta güllələyirdi"

Milli Məclisin plenar iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər. Bu həm də bir məsələni gündəmə gətirir. Gələcəkdə bu qanun cinsi azlıqlara da şamil oluna bilərmi? Cinsi azlıq nümayəndəsi olan müəllimlərlə bağlı da hər hansı tədbir görülməlidirmi?

Mövzunu KONKRET.az-a dəyərləndirən Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli sözügedən qanunun qəbul edilməsini mühüm hesab edir: “Bu, çox ciddi məsələdir. Çünki həyat göstərir ki, təkcə maariflənmə kifayət eləmir, sanksiyalarla da bu cür adamları qorxutmaq lazımdır. Yəni insanlar mənfi davranışlarına görə cəza qorxusu hiss etməlidirlər”.

“Əlbəttə, cinsi azlıqlarla bağlı məsələ mənim üçün həmişə yaralı bir mövzu olub. Mən vaxtilə parlamentdə İstanbul Konvensiyasının ratifikasiyası gündəmə gələndə bunun qəti əleyhinə olduğumu bildirmişəm. Hətta Avropa Şurasına Azərbaycan daxil olmamışdan əvvəl partiya sədri kimi cinsi azlıqların müdafiəsi ilə bağlı mənə də müraciət eləmişdilər. Lakin onda bu məsələnin əleyhinə getdim. Çünki bu, Azərbaycan mentalitetinə qətiyyən uyğun deyil. Yəni bir qafqazlı, bir müsəlman, bir azərbaycanlı kimi bunu heç cür qəbul edə bilmirəm”, – deyə deputat əlavə edib.

Partiya sədrinin sözlərinə görə, cinsi azlıqlar heç də xəstə deyillər, onlar sadəcə olaraq cinayətkar, tör-töküntü, tüfeyli bir təbəqədir: “Xəstədirlərsə, gedib müalicə olunsunlar və ya onları müalicəyə göndərsinlər. Mən ona görə də onlara qarşı nifrətimi gizlətmirəm. Onu da qeyd edim ki, istər Lenin, istər Xomeyni hakimiyyətə gələndə, əxlaqsızlıq edənləri, bu kimi adamları traktorun, buldozerin qabağına verib uçurdur, hətta güllələyirdilər. Çünki əxlaqın, mənəviyyatın bərpa edilməsi üçün çox ciddi cəza tədbirləri görmək lazımdır”.

“Hesab edirəm ki, bu cür addımlara yol vermək olmaz. Bu, Azərbaycan ailəsini içəridən dağıtmaqdır, ağsaqqala hörmətə, cavanların tərbiyəsinə böyük bir zərbədir. Qərbin texnologiyasını qəbul etmək o demək deyil ki, Qərbin mənəviyyatsızlığını da qəbul etməliyik. Vaxtilə Roma imperiyası da elə əxlaqsızlıqdan dağıldı”, – deyə millət vəkili fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*