“Taliban” hərəkatına tabe olan Əfqanıstan silahlı qüvvələrinin sayı 200 min nəfərə çatdırılacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Taliban” ordusunun baş qərargah rəisi Kari Fəsihəddin Fitrat deyib.
“Qərara gəldik ki, gələn il ordunun sayını 150 mindən tədricən 200 min hərbçiyə çatdıraq”, – o deyib.
Qeyd edək ki, 2021-ci il avqustun ortalarında Əfqanıstanda hakimiyyətin ələ keçirildiyi vaxt “Taliban” döyüşçülərinin sayı 100 min nəfər olub.
İqbal Rzayev,
KONKRET.az
